Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
# 22 fevral 2016 12:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtobus piyadanı vuraraq öldürüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də saat 19 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Niyazi Quliyev idarə etdiyi “Daewoo” markalı 60 saylı xətt avtobusla yolu keçən Abşeron rayon sakini İlkin Məmmədovu vurub. İ.Məmmədov hadisə yerində ölüb.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR