Gümüş medalçı Xaybula Musalov: "Əgər birinci deyiləmsə medal almamaq daha yaxşı olardı"

Gümüş medalçı Xaybula Musalov: "Əgər birinci deyiləmsə medal almamaq daha yaxşı olardı"
# 27 iyun 2015 18:23 (UTC +04:00)

Bakı-APA. “Bərabər səviyyəli döyüş oldu. Qalibi mühakimə etmirlər. Hər şey Allahın əlindədi, deməli, belə olmalı idi”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının gümüş mükafatçısı Xaybula Musalov deyib.

75 kq çəki dərəcəsində finalda irlandiyalı Maykl O Reylli ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib. Nəticədə Musalov yarışı ikinci pillədə başa çatdırıb.

O bildirib ki, qazandığı nəticədən tam razı deyil: “Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də uğur deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı. Təskinlikverici odu ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orda yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacam”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR