Məzahir Pənahov: “İlkin nəticələr saat 24:00-dan sonra məlum olacaq”

Məzahir Pənahov: “İlkin nəticələr saat 24:00-dan sonra məlum olacaq”
# 01 noyabr 2015 05:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bu gecə saat 24.00-dan sonra ilkin məlumatlar əldə etmək mümkün olacaq. Ancaq bu, rəsmi nəticə hesab edilməyəcək”.

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, iki gün ərzində məntəqələrdən dairələrə və dairələrdən də MSK-ya seçki protokollarının daxil olması başa çatır: “Bütün proses həm yerlərdə, həm də MSK-da müşahidəçilərin və KİV-in iştirakı ilə həyata keçiriləcək”.

 

M. Pənahov bildirib ki, müşahidəçilərin də müəyyən hüquqları var: “Onları heç kim tapdalaya bilməz. Müşahidəçilər üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Ancaq müşahidəçilərin seçki komissiyalarının işinə qarışmaq hüququ yoxdur. Onlar ancaq qeydiyyat apara və əgər xoşagəlməz hallar olarsa, onu qeyd edərək seçki komissiyalarına məlumat verməlidirlər”.

 

MSK sədri 4 şirkətin “exit poll” keçirəcəyini xatırladıb, seçiciləri burada fəal iştirak etməyə dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR