Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xərcləri 2 mlrd. manat artıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xərcləri 2 mlrd. manat artıb
# 25 iyun 2023 11:20 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” agentliyin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə AAYDA-nın gəlirləri 2021-ci illə müqayisədə 2 dəfə artaraq 4 milyard 80 milyon 376.7 min manat təşkil edib. 2021-ci ildə AAYDA-nın gəlirləri 2 milyard 1.5 milyon manat idi.

Hesabat dövründə agentliyin material xərcləri əvvəlki illə müqayisədə 48.2% artaraq 1 milyard 15 milyon 643 min manat, inzibati xərcləri 1.3% artaraq 119 milyon 709.5 min manat, sair əməliyyat xərcləri isə 2.5 dəfə artaraq 2 milyard 945 milyon manat təşkil edib.

2022-ci ildə agentliyin cəmi aktivləri 21.5% və ya 4 milyard 840.6 milyon manat artaraq 27 milyard 397,1 milyon manata, cəmi öhdəlikləri isə 56.2% və ya 128 milyon 124 min manat artaraq 356 milyon 50.3 min manata yüksəlib.

2023-cü ilin yanvar ayının 1-nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cəmi kapitalı 27 milyard 41 milyon 52.3 min manat olub ki, bu da illik müqayisədə 21.1% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR