Azərbaycan banklarının xalis mənfəəti 20%-dən çox artıb

Azərbaycan banklarının xalis mənfəəti 20%-dən çox artıb
# 22 avqust 2022 12:19 (UTC +04:00)

Azərbaycanın bank sektoru 2022-ci ilin yanvar-iyul aylarını 492.6 milyon manat xalis mənfəət ilə başa vurub.

Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrünə nisbətən bankların xalis mənfəəti 20,5% artıb.

Qeyd edək ki, 2021-ci ilin eyni dövründə Azərbaycan bankları 408.9 milyon manat xalis mənfəət açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR