Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb
# 18 oktyabr 2019 09:59 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% artaraq 42 202,7 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 4 266,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 720,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR