Azərbaycanda istehlak bazarı 4% böyüyüb

Azərbaycanda istehlak bazarı 4% böyüyüb
# 15 mart 2024 10:53 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 10,7 milyard manat olmaqla 2023- cü ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 4% artıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4% artaraq 10,3 milyard manata bərabər olmuş, onun 46,5%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Qeyd edək ki, hesabat dövründə bir istehlakçı orta hesabla ayda 526,1 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 22,9 manat çox vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR