Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ötən il 3% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ötən il 3% artıb
# 14 yanvar 2022 17:26 (UTC +04:00)

2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 mlrd. manatlıq, o cümlədən 24 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5%, qeyri-ərzaq malları üzrə 3,9% artıb.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3%-i ticarət müəssisələri, 52,2%-i fərdi sahibkarlar tərəfindən, 21,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 % artıb, fərdi sahibkarlar üzrə 1,5%, bazar və yarmarkalarda 2,1% azalıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR