Bu ilin oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 871,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,7% azalıb .Problemli kreditlər bütöv kredit portfelinin 5,6%-inə bərabərdir.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18,6%, ilin əvvəli ilə müqayisədə isə 2,5% azalıb.