Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi 20 dəfə artıb

Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi 20 dəfə artıb
# 15 dekabr 2023 16:39 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 2 milyard 691.9 milyon dollar təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 dəfə və ya 1.9 milyard dollar artıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycanda xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 759.1 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycandan ən çox birbaşa investisiya Türkiyə iqtisadiyyatına yatırılıb. Hesabat dövründə Azərbaycandan Türkiyəyə 1 milyard 760,2 milyon dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə 20 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR