Azərbaycanın Çindən idxalı 13% artıb

Azərbaycanın Çindən idxalı 13% artıb
# 17 sentyabr 2021 10:33 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1,136 mrld. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13,1% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 130,170 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,2 dəfə azdır. İdxal isə 1,006 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 13,2% çoxdur.

Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 876,004 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 86,7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR