Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 25% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 25% artıb
# 18 mart 2024 15:22 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 7 mlrd. 226.61 mln. dollara bərabər olub ki, bu da 2023-ci ilin eyni dövrünə nisbətən 0,7% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 5,7% artaraq 4 mlrd. 779.97 mln. ABŞ dolları təşkil edib. İdxal isə 7,7% azalaraq 2 mlrd. 446.64 mln. ABŞ dollarına enib.

Xarici ticarət dövriyyəsinə 2 mlrd. 333.33 mln. dollarlıq müsbət saldo yaranıb. Bu isə 2023-ci ilin yanvar-fevral ayına nisbətən 25% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR