Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 33%-dən çox azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 33%-dən çox azalıb
# 18 dekabr 2023 16:23 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 47 mlrd 325.67 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 3,8% azdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 13,3% azalaraq 31 mlrd. 512.99 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 22,7% artaraq 15 mlrd. 812.68 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 15 mlrd. 700.31 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 33,3% az olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR