Azərbaycanın xarici yardımlar üçün ayırdığı vəsaitin xərc istiqamətləri müəyyənləşəcək

Azərbaycanın xarici yardımlar üçün ayırdığı vəsaitin xərc istiqamətləri müəyyənləşəcək
# 30 dekabr 2023 13:14 (UTC +04:00)

Maliyyə Nazirliyi 2024-cü ildə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini təqdim etməlidir.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.

Maliyyə Nazirliyinə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində təqdim etmək tapşırılıb.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində xarici yardımlar üçün 80 000 000 manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR