"Azercell" 1,5 mln. manat kapitallı şirkət yaradıb

"Azercell" 1,5 mln. manat kapitallı şirkət yaradıb
# 27 dekabr 2023 10:09 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni dövlət qeydiyyatına alıb.

"APA-Economics" xəbər verir ki, nizamnamə kapitalı 1,5 milyon manat olan fintex şirkətinin qanuni təmsilçisi Hüseynov Azad İsrail oğludur.

“A-Solutions Elketron Pul Təşkilatı” MMC-nin Müşahidə Şurasının üzvləri Əliyeva Şirin Eldar qızı, Tekeli Taylan və Zərinə Zeynalova Turan qızıdır. Zərinə Zeynalova həm də Azercell Telekom-un qanuni təmsilçisidir.

Qeyd edək ki, yeni yaradılan şirkət “Azercell Telekom” MMC ilə eyni hüquqi ünvan olan Yasamal rayonu, Tbilisi prospekti, ev 149-da yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR