Venesuelada yeni iğtişaşlar baş verib, ölən və yaralananlar var

Venesuelada yeni iğtişaşlar baş verib, ölən və yaralananlar var
# 04 may 2017 05:23 (UTC +04:00)

 Venesuelada baş vermiş iğtişaşlar nəticəsində bir nəfər ölüb, 131 nəfər yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Karakasda milli qvardiyaçılar müxalifətin nümayişini dağıdarkən 17 yaşlı gənc öldürülüb.

 

Mayın 3-də etiraz aksiyalarında xəsarət alan 161 nəfər xəstəxanaya yerləşdirilib. Venesuelada aprelin 4-dən davam edən aksiyalarda ölənlərin sayı 30-u ötüb.

 

Növbəti etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR