MTRŞ: Narazılığa səbəb olan verilişlər nəzarət altındadır

MTRŞ: Narazılığa səbəb olan verilişlər nəzarət altındadır
# 04 noyabr 2016 11:39 (UTC +04:00)

“İctimaiyyətin narazılığına səbəb olan, sosial şəbəkələrdə çoxluq tərəfindən obyektiv şəkildə tənqid edilən verilişlər nəzarət altındadır”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, hazırda bu istiqamətdə işlər aparılır: “Yayımçılar tamaşaçıdan gələn reaksiyanı nəzərə almalıdırlar. Bu barədə biz öz iradlarımızı telekanallara mütəmadi olaraq çatdırırıq. Təbii ki, biz Şura olaraq verilişlərin məzmununa müdaxilə etməyi doğru bilmirik. Hər zaman olduğu kimi bu cür məsələlərdə ilk addımı telekanallardan gözləyirik. Məsələn, bu yaxınlarda “Space” belə bir jest etdi. Narazılıq yaradan verilişin bağlandığını bildirdi. Lakin yayımçılar addım atmayanda, inzibati metodlardan istifadə zərurəti yaranır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR