Banklar valyuta mübadilə şöbəsi açarkən AMB-yə yazılı bildiriş göndərəcək

Banklar valyuta mübadilə şöbəsi açarkən AMB-yə yazılı bildiriş göndərəcək
# 28 dekabr 2023 15:53 (UTC +04:00)

Yerli banklar valyuta mübadilə şöbəsi açarkən Mərkəzi Banka yazılı bildiriş, habelə müvafiq sənəd və məlumatlar təqdim etməli olacaq.

"APA-Economics" xəbər verir ki, bu, Mərkəzi Bankın (AMB) “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nda əks olunub. Həmçinin, bankın yeni şöbəsinin fəaliyyətə başlaması üçün AMB bildirişi müsbət hesab etməlidir.

Bundan əlavə, yeni qaydada əsasən banklar təqvim ili ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Qeyd edək ki, sözügedən yeni qaydanin təsdiqlənməsi ilə paralel olaraq AMB-nin 29 dekabr 2015-ci il tarixli “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın, həmçinin keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci il tarixli “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarlar ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR