BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 19 iyun 2019 18:18 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, AMB-nin 50100876S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,4966 AZN (6,51%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 799 001 400 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 AZN (6,51%), orta ölçülmüş qiyməti 99,4966 AZN (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 17.07.2019-cu il.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR