Bu il Azərbaycandan Rusiya iqtisadiyyatına investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb

Bu il Azərbaycandan Rusiya iqtisadiyyatına investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb
# 23 dekabr 2023 14:42 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiya iqtisadiyyatına birbaşa yönəldilmiş investisiyaların həcmi 33.3 milyon dollar təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə və ya 23.8 milyon dollar artıb. Belə ki, 2022-ci ili yanvar-sentyabr aylarında Azərbaycandan Rusiya iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmi 9.5 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 dəfə artaraq 2 milyard 691 milyon dollara yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR