Büdcədə qeyri-neft gəlirlərinin payı artıb

Maliyyə Nazirliyi

© APA | Maliyyə Nazirliyi

# 21 yanvar 2022 10:58 (UTC +04:00)

2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat proqnoza qarşı 3,8% və ya 968,5 mln. manat artıq icra olunaraq 26 395,5 mln. manat təşkil edib.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektoru üzrə daxilolmalar 12 859,2 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1 208,2 mln. manat və ya 10,4%, 2020-ci illə müqayisədə isə 2179,6 mln. manat və ya 20,4% çoxdur.

Qeyd edək ki, büdcənin qeyri-neft sektoru üzrə daxilolmaları ümumi gəlirlərin 48,7%-inə bərabər olub ki, bu da 2020-ci il ilə müqayisədə 5,4 faiz bəndi çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR