Büdcəyə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 1 mlrd. manata yaxın artıb

Büdcəyə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 1 mlrd. manata yaxın  artıb
# 08 avqust 2023 10:03 (UTC +04:00)

2023-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.

"APA-Economics" bu barədə Xidmətə istinadən xəbər verir. Məlumta görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb.

Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR