Venesuelada həbsxanada yanğın olub, 16 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Venesuelada həbsxanada yanğın olub, 16 nəfər ölüb, 17 nəfər xəsarət alıb
# 01 sentyabr 2015 04:17 (UTC +04:00)

Bakı-APA. Venesuelada həbsxanasında güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şimal bölgəsində yerləşən Karabobo ştatında qeydə alınıb.

İlkin məlumata görə, insident nəticəsində 16 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Xəsarət alanlar Valensiya şəhər xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR