Gürcüstanda xarici işlər naziri dəyişib

Gürcüstanda xarici işlər naziri dəyişib
# 01 sentyabr 2015 09:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili vəzifədən azad edilib.

 

APA-nın “Sputnik-Georgia”ya istinadən veridiyi məlumata görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu vəzifəni Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Qeorqi Kvirikavaşvili icra edəcək.

 

Yeni xarici işlər naziri baş nazirin müavini vəzifəsinin icrasını davam etdirəcək.

 

Xatırladaq ki, Tamar Beruçaşvili 2014-cü ilin noyabrında nazir təyin olunmuşdu.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR