Bank Of Baku

Bakıda yaşayış binasında yanğın söndürülüb, 3 uşaq xilas edilib - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürülüb, 3 uşaq xilas edilib  - <span style="color: red;">YENİLƏNİB
# 19 aprel 2018 13:47 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər azyaşlı mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

*** 14.23

 

Bakıda yaşayış binası yanır.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR