Dövlət borcuna xidmət edilməsinə bu il 714 mln. manata yaxın vəsait xərclənilib

Dövlət borcuna xidmət edilməsinə bu il 714 mln. manata yaxın vəsait xərclənilib
# 14 oktyabr 2023 13:33 (UTC +04:00)

Bu ilin 01 oktyabr tarixinə xarici dövlət borcu manat ifadəsində 11109,5 milyon manat (6535,0 milyon ABŞ dolları ekvivalenti) təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 9,3 faizi həcmində olub.

Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hesabat dövrünə daxili dövlət borcu 6093,8 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,1 faizi həcmində olub. Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir.

Hesabat dövrünə dövriyyədə olan dövlət qiymətli kağızlarının 25,4 faizi 1 illik, 57,9 faizi 2 və 3 illik,16,6 faizi isə 5 və 7 illik dövlət qiymətli kağızlarının payına düşür.

2023-cü il 01 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17203,3 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,4 faizini təşkil edib.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 713,7 milyon manat təşkil edib. Sözügedən xərclərin 591,9 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 121,8 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür.

Bununla yanaşı, 2023-cü ilin 9 aylıq dövrü ərzində xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 432,6 milyon manatı, daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin 557,3 milyon manatı, ümumilikdə 989,9 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR