ARDNF-ın gəlirləri 17%-ə yaxın artıb

ARDNF-ın gəlirləri 17%-ə yaxın artıb
# 02 avqust 2019 10:01 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 698,3 mln. manat, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% çoxdur.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, ötən dövr ərzində ARDNF-ın büdcə xərcləri 4 499,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 5,2% azdır.

Məlumata əsasən, 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-ın neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 557,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 780,7 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, tranzit gəlirləri 8,9 mln. manat, akrhesabı ödənişlər 1,1 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-ın vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 141,2 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-ın büdcədənkənar gəlirləri 513,1 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-ın 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 413,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 mln. manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-ın idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil edib.

Qeyd edək ki, 2019-cu il iyunun 30-a ARDNF-ın aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln. ABŞ dolları) nisbətən 10,25% artaraq 42 463,7 mln. ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-ın büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR