Dövlət satınalmalarının əsas prinsipləri müəyyənləşir

Dövlət satınalmalarının əsas prinsipləri müəyyənləşir
# 22 iyun 2023 10:10 (UTC +04:00)

Dövlət satınalmalarının əsas prinsipləri müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət satınalmaları aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

- maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi;

-. satınalmaların şəffaflıq, aşkarlıq və rəqabətlilik əsasında həyata keçirilməsi;

-. bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi.

Eyni zamanda layihəyə əsasən, məhkəmənin, nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, satınalan təşkilat digər hallarda təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır.

Satınalma kağız daşıyıcıda həyata keçirildikdə, satınalan təşkilat təqdim olunan təkliflərə yalnız onların açılmasından sonra baxır və həmin müddətədək bu təkliflərin tamlığını, bütövlüyünü və konfidensiallığını qoruyur.

Məxfi məlumatlarla əlaqəli satınalma zamanı satınalan təşkilat təchizatçılardan və onların subpodratçılarından məxfi məlumatların qorunmasını və mühafizəsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR