AMB-nin sədri: Bu ilin sonuna inflyasiya hədəf diapazonun mərkəzinə yaxın səviyyədə formalaşacaq

AMB-nin sədri: Bu ilin sonuna inflyasiya hədəf diapazonun mərkəzinə yaxın səviyyədə formalaşacaq
# 25 oktyabr 2019 13:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan manatının qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 1,4% möhkəmlənib, real effektiv məzənnə isə 1,3% azalıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycandakı inflyasiyanın əhəmiyyətli aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərir.

“İnflyasiya gözləntiləri stabil olaraq qalır. Dəqiqləşdirilmiş proqnozlar onu göstərir ki, 2019-cu ilin sonuna inflyasiya hədəf diapazonunun mərkəzinə yaxın səviyyədə formalaşacaq. Yəni təxminən 4%”, - deyə E. Rüstəmov qeyd edib.

AMB-nin sədri əlavə edib ki, dəqiqləşdirilən makroiqtisadi proqnozlara görə, 2020-ci ildə inflyasiya səviyyəsində əhəmiyyətli dəyişikliklər olmayacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə inflyasiyanın 3,8% təşkil edəcəyini proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR