BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Azərbaycan üzrə əlaqələndirici qurumu və ekspertləri təyin edilib

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Azərbaycan üzrə əlaqələndirici qurumu və ekspertləri təyin edilib
# 06 yanvar 2016 11:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) 2016-cı ildə BMT Baş Assambleyasının Ümumdünya Narkotiklər Problemi üzrə Xüsusi Sessiyasının əlaqələndirici qurumu və ekspertləri təyin edilib.

APA-nın məlumatına görə, UNODC-un narkotiklərdən istifadənin qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlərin görülməsi vacibliyi barədə məlumatlılığın artırılması məqsədini daşıyan təşəbbüsü üzrə işlərin planlaşdırılması və həyata keçirilməsində təşkilata köməklik göstərilməsi üçün Azərbaycan Respublikası tərəfindən əlaqələndirici qurum qismində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu müəyyən edilib, ekspertlər isə aidiyyəti qurumların əməkdaşları təyin olunub.

UNODC-nin 2016-cı ildə BMT Baş Assambleyasının Ümumdünya Narkotiklər Problemi üzrə Xüsusi Sessiyası ilə əlaqəli olan tədbirlər silsiləsində müvafiq qurum və digər qurumların əməkdaşları iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR