Bakı-APA. Qax sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 22-də Qax şəhərində yaşayan Musa Əhmədov şəhər ərazisində iş görərkən onu elektrik cərəyanı vurub. Nəticədə o, ölüb.
Faktla bağlı araşdırma aparılır.