Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,74% - 15 882,68 bəndədək, S&P 500 0,52% - 1 868,99 bəndədək, NASDAQ 0,37% - 4 472,06 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,77% - 5 773,79 bəndədək, Almaniya DAX-ı 1,94% - 9 574,16 bəndədək, Fransa CAC-40-ı 1,97% - 4 206,40 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,80 dollar artaraq 1 100 dollara, gümüş isə 14,10 dollara satılıb.