Ötən gün gecə saatlarında Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, "Lada Priora" markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə "20 yanvar dairəsi" istiqamətində hərəkətdə olarkən körpünün məhəccərlərinə çırpılıb, nəticədə məhəccərlərin bir hissəsi dağılmış və deformasiyaya uğrayıb.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.