Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.