Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il ərzində “Azərlotereya” ASC-nin müraciətlərinə əsasən 20 yeni lotereya oyunu qeydiyyata alınıb və bütövlükdə qeyd olunan təşkilat tərəfindən keçirilən lotereyaların sayı 29-a çatıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, dövr ərzində, müxtəlif müəssisələr tərəfindən 87 stimullaşdırıcı lotereya keçirilib.
Hesabat dövründə lotereyaların təşkili və keçirilməsi sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 3 stimullaşdırıcı lotereya təşkilatçısı İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib.