Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, 2016-cı ilin 9 ayi ərzində respublika ərazisində 42 partlayış hadisəsi baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2% azdır. Partlayışlar zamanı 5 nəfər ölüb, 67 nəfər xəsarət alıb.
Bu ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 10 445 çıxış edilib. Yanğın hadisələri zamanı 29 ölüb, 120 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 26 nəfər və ya 48%, xəsarət alanlar üzrə 13 nəfər və ya 98% çoxdur.
2016-cı ilin 9 ayı ərzində respublika ərazisində 10 613 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər ölüb, 192 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 55 nəfər xilas edilib, 812 nəfər təxliyə olunub.