Elmar Mirsalayev: Bu il Azərbaycan sığorta bazarı 18%-dək arta bilər

Elmar Mirsalayev: Bu il Azərbaycan sığorta bazarı 18%-dək arta bilər
# 24 yanvar 2024 15:41 (UTC +04:00)

Azərbaycan sığorta bazarı 2024-cü ildə 15-18% civarında böyüyə bilər.

Bunu “APA-Economics”ə müsahibəsində Azərbaycan Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib.

E. Mirsalayev bildirib ki, sektorun inkişafı üçün planlaşdırılan bütün yenilikləri tətbiq edilsə, bu il sığorta bazarı 15-18% civarında artacaq:"Bu təbii ki, aşağı hədəfimizdir. Sığorta yığımlarında artımın daha çox daşınmaz əmlakın icbari sığortasında və könüllü sığorta növlərində olacağını düşünürəm".

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda sığorta yığımları 1 mlrd. 223 milyon manata çatıb. Bu isə 2022-ci illə müqayisədə 26% və ya 253 milyon manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR