Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb

Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb
# 13 mart 2024 12:09 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5% çox investisiya yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1% artıb.

İstifadə olunmuş investisiyanın 1439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 1064,7 milyon manatı (40,3 faizi) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 2121,3 milyon manatını və ya 80,4 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 1921,3 milyon manatı və ya 72,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR