Finoko BOKT-un xalis mənfəəti 3 dəfə, kapitalı isə 2 dəfə azalıb - Hesabat

Finoko BOKT-un xalis mənfəəti 3 dəfə, kapitalı isə 2 dəfə azalıb - Hesabat
# 24 avqust 2023 13:57 (UTC +04:00)

Finoko bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında Finoko BOKT-un xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə azalaraq 64.98 min manat təşkil edib. 2022-ci ilin ilk 6 ayında təşkilat 185.95 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 1 milyon 154 min manat, qeyri-faiz gəlirləri 310.6 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 406 min manat təşkil edib. Beləliklə, Finoko ASC bu dövrdə 59 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2 dəfə azdır.

Finoko BOKT-un cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 12.2% və ya 3.7 milyon manat artaraq 34.8 milyon manata, cəmi öhdəlikləri isə 43% və ya 8.9 milyon manat artaraq 29.7 milyon manata bərabər olub.

Bu ilin iyul ayının 1-nə təşkilatın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2 dəfə və ya 5 milyon 177 min manat azalaraq 5 milyon 113 min manata enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR