"Fitch Solutions" Azərbaycanda CƏB-in profisiti üzrə proqnozunu açıqlayıb

"Fitch Solutions" Azərbaycanda CƏB-in profisiti üzrə proqnozunu açıqlayıb
# 05 fevral 2024 11:22 (UTC +04:00)

Azərbaycanda 2023-cü il üzrə cari əməliyyatlar balansının profisiti (CƏB) ümumdaxili məhsulun (ÜDM) 26,7%-i həcmində müəyyən edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkətinin hesabatında bildirilib. FS 2024-cü il üzrə CƏB-in ÜDM-də payını 23,8%, 2025-cü il üzrə isə 20,9% proqnozlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Mərkəri Bankının sədri Taleh Kazımov ötən həftə keçirdiyi mətbuat konfransından 2023-cü il üzrə CƏB-in profisitinin 9-10 milyard ABŞ dolları civarında olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR