Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Səud telefon danışığı zamanı Suriya prezidenti Bəşər Əsədin gələcəyinə dair mövqelərini bir daha təsdiqləyiblər və bu yaxınlarda Suriyanın şimalına endirilən zərbələri müzakirə ediblər.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, iki ölkə liderləri Bəşər Əsədin hakimiyyətdə olduğu müddətdə Suriyada münaqişənin həllinin mümkünsüz olduğunu və dinc əhalinin bombalanmasının dayandırılmasını və blokadanın götürülməsini dəstəkləyiblər.
Onların fikrincə, bu hücumlar regionda humanitar vəziyyəti daha da gərginləşdirir.
Məlumata görə, Türkiyə prezidenti və Səudiyyə Ərəbistanının kralı kürd silahlılarının Suriyanın Türkiyə ilə həmsərhəd Aazez şəhərinə hücumunu və Türkiyə ordusunun cavab zərbələrini müzakirə ediblər.