Fuad Nəcəfli: Ötən ay Naxçıvanda vergi daxilolmaları 65%-dən çox artıb

Fuad Nəcəfli: Ötən ay Naxçıvanda vergi daxilolmaları 65%-dən çox artıb
# 06 fevral 2024 09:50 (UTC +04:00)

2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 16,5 milyon manat vergi daxil olub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, bu ötən ilin eyni dövrünə nisbətən 65,6% və ya 6,5 milyon manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR