Kiçik çavuş şəhid olub

Kiçik çavuş şəhid olub
# 13 fevral 2016 09:43 (UTC +04:00)

Bakı - APA. Fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçu, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR