"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 24 yanvar 2022 11:53 (UTC +04:00)

Avropa və İngiltərədə risklər yenidən artır

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik, o cümlədən enerji qiymətlərindəki dəyişikliklər və monetar siyasətlə bağlı gözləntilər fonunda avroda eniş tendensiyası qorunur. Beləliklə, ucuzlaşma 1.13$ həddi qırılarsa, 1.1180$-a kimi sürətlənə bilər.

GBP

Bu həftə həm İngiltərə həm də Avrozonada açıqlanacaq sənaye və xidmət sektorunda biznes aktivliyi indeksi göstəriciləri öncəsi funt sterlinq dünya birjalarında ucuzlaşmaqda davam edir. 1.35$ həddi qırılacağı təqdirdə eniş tendensiyası 1.33$-a kimi davam edə bilər.

TRY

Ötən həftə TCMB faiz dərəcələrini dəyişməsə də USD-TRY məzənnəsində stabillik qorunur. Təhlillər isə lirənin bahalaşa biləcəyi, USD-TRY məzənnəsinin 12.94 hədlərinə qədər enəcəyi istiqamətindədir.

OIL

Getdikcə yüksələn yoluxma sayı və geosiyasi gərginliyin artan riskləri fonunda neftə olan tələbin artdığı müşahidə edilir. Bu, Brentin bir barelinin 93$-a kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.

Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

İnvestorların bu həftənin çərşənbə günü baş tutacaq FED-in toplantısı öncəsi bir qədər təmkinli davranmağa üstünlük verməsi nəticəsində qızılda üfüqi dalğalanma müşahidə olunur. Monetar siyasətlə bağlı veriləcək mesajlar qızılda tendensiyanın gələcəyinə ciddi təsir edə bilər. Beləliklə, 1845$-ın (59.32$/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1870$-a (60.12$/qram) kimi dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR