Bakı-APA. Suriyanın Hələb şəhərində silahlılar yerli özünüidarəetmə orqanlarının 14 nümayəndəsini edam ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlılar məmurları əhalini terrorçuların nəzarətində olan ərazilərdən çıxmağa çağırmaqda günahlandırılıblar.
Məlumata görə, kütləvi edam “Əhrar əş-Şam” qruplaşmasının üzvləri tərəfindən həyata keçirilib.