İZİA sədri: Sənaye zonalarına 864 mln. manat investisiya planlaşdırılır

İZİA sədri: Sənaye zonalarına 864 mln. manat investisiya planlaşdırılır
# 21 dekabr 2023 13:36 (UTC +04:00)

Azərbaycanda indiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb.

"APA-Economics” xəbər verir ki, bu barədə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nda deyib.

O qeyd edib ki, növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırılması, 6700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

"Bu ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,3 milyard manatlıq məhsul satılıb ki, bunun 31 %-dən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşür. 2023-ci ilin 9 ayında 2,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 %, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 % olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib" - Elşad Nuriyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR