KOICA indiyədək Azərbaycana 60 mln. dollara yaxın qrant ayırıb

KOICA indiyədək Azərbaycana 60 mln. dollara yaxın qrant ayırıb
# 27 sentyabr 2019 11:50 (UTC +04:00)

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) indiyədək Azərbaycana 60 mln. ABŞ dollarına yaxın qrant yardımı ayırıb.

Bunu "APA-Economics"ə KOICA-nın Azərbaycan ofisinin ölkə direktoru xanım Park Kumok deyib.

Onun sözlərinə görə, qrantlar əsasən su resurslarının idarə edilməsi, ictimai idarəetmə, kənd yerlərinin inkişafı və İKT sahələrini əhatə edib.

P. Kumok qeyd edib ki, bu il Azərbaycan və Koreya hökumətləri arasında qrant yardımına dair çərçivə sazişi imzalanıb. Saziş bir çox sahələrdə əməkdaşlığı əhatə edir: "Üç il ərzində su resurslarının idarə edilməsi, ictimai idarəetmə, kənd yerlərinin inkişafı, İKT və innovativ sahələrin inkişafına 10 mln. dollara yaxın qrant yardımı ayrılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR