"Kredaqro" BOKT bir milyon manatlıq istiqraz buraxır

"Kredaqro" BOKT bir milyon manatlıq istiqraz buraxır
# 23 avqust 2022 12:18 (UTC +04:00)

"Kredaqro" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 1 milyon manatlıq istiqraz buraxır.

"APA-Economics" BOKT-a istinadən xəbər verir ki, istiqraz buraxılışı hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd qiymətli kağızdan ibarətdir. İstiqrazların gəlirliliyi illik 11%, tədavül müddəti 18 ay təşkil edir.

Qeyd edək ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR