Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə sərmayələri artırıb

Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə sərmayələri artırıb
# 18 yanvar 2022 18:36 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında ("Cənub Qaz Dəhlizi", Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxmaq şərti ilə) 2021-ci il 31 dekabr tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 31 dekabr 2021-ci il tarixinə qeyd olunan göstərici 62,5% təşkil edib, bu da 30 sentyabr 2021-ci ilə olan göstərici ilə müqayisədə 4% bəndi çoxdur.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 14,3%-i "AA" reytinqli, 14,5%-i "A" reytinqli, 7,8%-i "BBB" reytinqli, 0,9%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 28%-i 0-1 il, 31,6%-i 1-3 il, 18,1%-i 3-5 il, 22,3%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 45 024,6 mln. manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR