Neft Fondunun gələn il üçün gözlənilən investisiya portfelinin həcmi açıqlanıb

Neft Fondunun gələn il üçün gözlənilən investisiya portfelinin həcmi açıqlanıb
# 27 dekabr 2023 12:06 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üzrə investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyərinin (ortaçəkili həcmi) 52,6 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Bu barədə “APA-Economics” Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” fərmana istinadən xəbər verir.

"2024-cü il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 52,6 milyard ABŞ dollarına bərabər götürülür”, - sənəddə bildirilir.

Sənədə əsasən, 2024-cü ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək.

Bildirilir ki, gələn il üçün Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir.

Belə ki, investisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin:

- 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;

- 20 faizi avroda ifadə olunan aktivlərə;

- 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;

- qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Qeyd edək ki, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən cari il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 45,7 mlrd. dollara bərabər götürülüb.

Xatırladaq ki, 2023-cü ilin 9 ayının nəticələrinə görə ARDNF-in cəmi investisiya portfeli 55 521,27 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR